adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Noyabr 2020 14:35
29859
ELM VƏ TƏHSİL
A- A+

UNEC-də Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri müzakirə olunacaq

UNEC-də Qarabağ müzakirələri çərçivəsində növbəti tədbir keçiriləcək.

Budəfəki müzakirələr “Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri”nə həsr olunacaq.

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkili Ramil Həsən, Türkiyənin Sakarya Universiteti Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Prof. Dr. Haluk Selvi və UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dos.Oqtay Quliyev təqdimatlarla çıxış edəcəklər.

Tədbir 20 noyabr saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsindən və YouTube (UNEC official) kanalından canlı yayımlanacaq.

Tədbirdə izləyicilərin mövzu ilə bağlı sualları da cavablandırılacaq.