adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Noyabr 2020 20:22
26952
İDMAN
A- A+

"Mançester Siti" Qvardiola ilə müqaviləni yenilədi - Rəsmi

“Mançester Siti” baş məşqçisi  Pep Qvardiola ilə müqaviləni yeniləyib.

Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayınadək olan yeni müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “şəhərlilər”i çalışdırır.