adalet.az header logo
  • Bakı 13°C
19 Noyabr 2020 22:33
30966
İDMAN
A- A+

“Latsio” – “Zenit” matçı azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Latsio” – “Zenit” matçına azarkeş buraxılmayacaq.

Qol.az “Zenit”in rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın hakimiyyət orqanları koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə bu qərarı qəbul ediblər.

Pandemiya dövründə İtaliyada ümumilikdə 1.27 milyondan çox insan koronavirusa yoluxub, 47 mindən çox şəxs isə dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 24-də Romada keçiriləcək “Latsio” – “Zenit” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.