adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Noyabr 2020 13:05
31707
ANALİZ
A- A+

"Ağdamın hər qarışına qurban olum" - Xalq Artisti Fatma Mahmudova

“Hamı kimi mən də sevincliyəm. 1989-cu ildən müharibə qurtarana qədər cəbhə bölgəsində olmuşam. Cavanlığım, gəncliyim müharibədə keçib. Neçə ildir ki, Qarabağın həsrətində idik. Nəhayət ki, Qarabağımızı işğaldan azad etdik. Ağdam artıq bizimdir. Mən “Ədalət” qəzetinin rəhbəri, hörmətli millət vəkili Aqil Abbası təbrik edirəm, bütün Ağdamlıları təbrik edirəm. İnanın ki, hər bir ərazimiz işğaldan azad ediləndə ağlamışam. Nə deyim? Ordumuza təşəkkür edirəm. Dövlətimizin Başçısı, Prezidentimiz, Sərkərdəmiz, Ali Baş Komandanımız Cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu gün bu sevinci bizə yaşatdı”.

Bu sözləri Adalet.az saytına açıqlamasında Xalq artisti Fatma xanım Mahmudova deyib:

“Dünən axşam sevincdən hönkürüb ağlamışam. Ağdamın gözəl xanəndələri, muqiçiləri ilə bərabər teatr nümayəndələri də olub. Ağdamın Tofiq Qarayevi olub, Narınc Məlikovası olub, Qaflan Muradovu, Məmməd Əmirovu olub, Fatma Mahmudovası var. Tofiq Qarayevin özü neçə il döyüşlərdə iştirak edib. Müharibə dövründə çox dəhşətləri gözümlə görmüşəm. Şəhidlərimizin qarşısında baş əyirəm, Şəhidlərimizin analarının qarşısında baş əyirəm, Ordumuzun, Prezidentimizin qarşısında baş əyirəm. Allah Prezidentimizi bizə və xalqımıza çox görməsin (ağlayır).

Ağdamın hər qarışına qurban olum. Qapısız evimə qurban olum. Ağdamdan Bakıya gələndə heç nəyim yox idi, Aqil Abbasın bacısı mənə dəstək oldu. Çox təşəkkür edirəm Aqil müəllimə də, bacısına da.

Ağdama gedib qapısız evimin qarşısında diz çökmək istəyirəm, Uzundərədə diz çökmək istəyirəm. Allah Ordumuzu, Xalqımızı, Ali Baş Komandanımızı qorusun”.

Rövşən Tahir

Digər Xəbərlər