adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Noyabr 2020 15:27
30663
MƏDƏNİYYƏT
A- A+

Mənsum İbrahimov: “Ağdam bizim üçün Məkkədir, qibləgahdır”

“Ağdam məscidində azan oxuyacağam. Oranın hər qarışı bizim üçün Məkkədir, qibləgahdır”.

Bunu Azvision.az -a Xalq artisti Mənsum İbrahimov deyib. Tanınmış xanəndə bildirib ki, doğma rayonu Ağdamın azad olunması ilə 27 illik həsrətə son qoyuldu.

“Sevincimizin həddi yoxdur. 27 ildir ki, həsrətini çəkdiyim, səsimi qazandığım o torpağa qovuşuram. Orada doğulmuşam, böyümüşəm, canım, qanım ilə Ağdamın zərrəsiyəm. Əlbəttə ki, böyük bir qələbədir. Düşmən üzərində elə zəfər çalmışıq ki, dünyada tayı-bərabəri yoxdur. Azərbaycanın Ali baş Komandanının rəhbərliyi ilə müzəffər Ordumuz hərb tarixində sözün əsl mənasında bir dastan yazdı. Özümüz öz gücümüzə torpaqlarımızı mənfur düşməndən azad etdik.

Xalqımızı, Ali Baş Komandanımızı təbrik edirəm, gözümüz aydın olsun. Ordumuz, şəhidlərimiz qarşısında baş əyirəm. Mənim ailəmdə iki şəhid oldu. Qardaşımın oğlu və xalamın nəvəsi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldular. Onların ruhu bu gün çox şaddır.

Ağdam məscidində azan oxuyacağam. Oranın hər qarışı bir məkkədir, qibləgahdır. Parkında gəzəcəyəm, çay evində oturacağam. Havası, suyu, hər şeyi üçün burnumun ucu göynəyir”, - deyə Xalq artisti vurğulayıb.