adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Noyabr 2020 11:10
83605
KRİMİNAL
A- A+

Cinayətkar ölüm hökmü veriləndən 26 il sonra edam edildi

ABŞ-da 26 il əvvəl məhkəmənin ölüm hökmü cəzasına məhkum etdiyi cinayətkar Orlando Holl edam edilib.

Bu barədə Almaniyanın “Spiegel” nəşri xəbər verib.

Beləliklə, ABŞ-ın hazırkı prezidenti Donald Tramp uzun müddət davam edən ənənəni pozmuş olub.

Belə ki, təxminən 130 ildir ki, ABŞ-da prezident vəzifəsini tərk etməyə hazırlaşan şəxslər ölüm hökmünün icra edilməsinə göstəriş verməyərək qərarın icrasını məhkəmənin ixtiyarına veriblər.  

Qeyd olunur ki, Orlando Holl ölüm hökmünə 1994-cü ildə məhkum edilib.

O, 16 yaşlı qızın qaçırılması, zorlanması və öldürülməsində iştirakda günahkar bilinib.