adalet.az header logo
  • Bakı 13°C
22 Noyabr 2020 11:54
29475
MƏDƏNİYYƏT
A- A+

Cavid İsmayıl: Yüz yaşayın, Sənətkar!

1992-ci il idi, Tarix liseyində oxuyurdum. Müharibənin qızğın vaxtıydı,Cavanşir Quliyev və Şahin Musaoğlu nun ərsəyə gətirdiyi "Əsgər marşı" da yenicə ortaya çıxmışdı. Zemfira müəllimənin (AMİP lideri Etibar Məmmədovun xanımı) dərsində bu marşdan söhbət düşdü. Zemfira xanım dedi ki, Cavanşir Quliyev elə bir əsər yaradıb ki, inanmıram bundan sonra kimsə bu mövzuda daha gözəl əsər yaza bilsin.

Müəlliməmiz haqlı çıxdı. Bu 28 ildə hərbi vətənpərvərlik mövzusunda "Əsgər marşı"ndan daha yaddaqalan bəstəmiz olmadı. Mahnıya ən yaxşı klipi isə 28 il sonra Azərbaycan Ordusu çəkdi.

Bu gün böyük bəstəkarımız Cavanşir Quliyevin doğum günüdür - 70 illik yubileyini qeyd edir. Cavanşir müəllimi ürəkdən təbrik edirəm. Yüz yaşayın, Sənətkar!