adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Noyabr 2020 09:24
16155
SAĞLAMLIQ
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 604 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 604 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 604 943 nəfər yeni koronavirusa yoluxub, 9 237 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 57 882 183, ölənlərin isə 1 377 395 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.