adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Noyabr 2020 13:31
40733
HÜQUQ
A- A+

Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib

Azərbaycanın cəzaçəkmə müəssisələrində koronavirus infeksiysının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Adalet.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

O bildirib ki, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılıb: "Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılıb, 2.300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və ya yüngül rejimli müəssisəyə keçirilmiş, 740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən 2.000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3.200-dən artıq məhkumun cəza müddəti azaldılmış, habelə xarici dövlətlərdən olan bir çox məhkumlar karantin rejiminə əməl edilməklə öz ölkəsinə təhvil verilib".