adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Noyabr 2020 23:31
29430
ELM VƏ TƏHSİL
A- A+

Təhsil naziri Əziz Sancara təşəkkür etdi - FOTO

Təhsil naziri Emin Əmrullayev üç yaşlı Xədicənin gələcək təhsili üçün göstərdiyi dəstəyə görə dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancara təşəkkür məktubu ünvanlayıb. 

Nazir şəxsi feysbuk səhifəsində də Əziz Sancarın ünvanına bu sözləri qeyd edib:

“Dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancarın üç yaşlı Xədicənin gələcək təhsilinə göstərdiyi dəstək bizi sevindirdi. Göstərdiyi bu təşəbbüsə və dəstəyə görə çox hörmətli Əziz Sancara bütün təhsil ictimaiyyəti adından dərin təşəkkür edirik. Xədicənin gələcək təhsili üçün atılan bu addım, eyni zamanda Qarabağla bağlı Azərbaycanın haqq işinə də böyük dəstəkdir”.