adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Noyabr 2020 23:00
62041
HADİSƏ
A- A+

Boinq 747-400 təyyarəsi alovlandı - Video

İspaniyanın Kastellon de-la Plana şəhərindəki hava limanında “Britiş Eirveys” aviaşirkətinə məxsus Boinq 747-400 təyyarəsində yanğın olub.

Adalet.az xəbər verir ki, yanğın pilot kabinəsində baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürməyə müvəffəq olublar.

Səlahiyyətlilərin verdiyi məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb, amma laynerə ciddi ziyan dəyib.

Hazırda faktla bağlı istintaq davam edir, yanğının başvermə səbəbi müəyyənləşdirilir.