adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Noyabr 2020 19:23
35808
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Əjdər Həmidov vəfat edib

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib.

Bu barədə Adalet.az-a  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, bu gün xəstəxanada vəfat edib.

Ə.Həmidovun harada dəfn olunacağı hələ məlum deyil.