adalet.az header logo
  • Bakı 13°C
25 Noyabr 2020 09:29
17669
SAĞLAMLIQ
A- A+

ÜST rəhbəri: “Yoxsullar koronavirus peyvəndindən məhrum qala bilərlər”

Yoxsullar koronavirus peyvəndindən məhrum qala bilərlər.

“Reuters”in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus xəbərdarlıq edib.

Onun sözlərinə görə, indi ən kasıb və həssas insanlar peyvənd təqibində “tapdaq altında” qalacaqları riski ilə üz-üzədirlər.

ÜST rəhbəri bütün hökumətlərin vaksini öz vətəndaşları arasında ədalətli şəkildə paylamalı olduqlarını vurğulayıb.

Qebreyesus onu da qeyd edib ki, “ACT-Accelerator”un (ÜST-ün COVID-19 peyvəndlərinə, terapevtik vasitələrinə və testlərinə universal girişin təmin edilməsinə yönəlmiş beynəlxalq təşəbbüs proqramı) hədəflərinə çatması üçün təcili olaraq 43 milyard dollar (73 100 000 000 AZN) lazımdır.