adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Noyabr 2020 10:11
16403
GÜNDƏM
A- A+

Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər

Ermənilər Ermənistanda və işğal altında saxladıqları Qarabağda 900-dən çox Azərbaycan toponimini saxta yolla erməniləşdiriblər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, Coğrafi Adlar Komissiyasının sədr müavini akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, erməniləşdirilən toponimlərin siyahısı artıq hazırlanıb:

“Həm Qarabağda, həm də Ermənistanda çox sayda toponimlər erməniləşdirilib. Bu siyahıda Qarabağ üzrə erməniləşdirilən toponimlərin sayı 210-dan çox, Ermənistan üzrə 700-dən çoxdur. Bu siyahı artıq Dilçilik, Tarix və Coğrafiya institutları tərəfindən hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilib”.