adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Noyabr 2020 12:50
70619
MƏMLƏKƏT
A- A+

Şuşa qazisi Alik Məmmədov: Biz bıçaqla Şuşanı aldıq 

- Şuşaya kanatla qalxdıq. Yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik.

500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi.

Çünki onlar bizim ordan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər.

Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük.

Generalımızın düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik.

Dəqiq deyə bilməyəcəm, təxmini desəm, 40a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı. Onların arasına düşən panika belə General tərəfindən hesablanmışdı. Panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq.

Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar. Yaxınlaşan erməni ermənini vururdu, çünki onlarımın formasında belə biz ola bilərdik. Şuşa bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi.

Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər.

Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı...