adalet.az header logo
  • Bakı 20°C
25 Noyabr 2020 14:24
23278
DÜNYA
A- A+

İRAN TRAMPI İSTƏMİR

İran İslam Respublikasının prezidenti Həsən Ruhani hesab edir ki, Tehran və Vaşinqton Baydenin hakimiyyətə gəlişi ilə asanlıqla ikitərəfli münasibətləri qaydaya sala bilər.

"Əgər ABŞ -ın növbəti rəhbərliyinin istəyi olarsa, mənim fikirimcə İran və Birləşmiş Ştatlar 20 yanvar 2017-ci ildəki münasibətlərə qayıda bilər"- deyə İran prezidenti bəyan edib. Ruhani həmin tarixdə prezident seçilmiş Trampın rəsmi inoqurasiya mərasimini nəzərdə tutur. Tehran ümid edir ki, növbəti hakimiyyətin administrasiyası məhz İranla mövcud olan münasibətlərin yaxşılığa doğru dəyişməsinə görə atacaq. ABŞ prezidenti Trampın prezidentliyi dövründə, 2018-ci ərzində Rusiya, ABŞ, Britaniya, Çin və Fransa altılığının razılaşdırdığı İtanın nüvə proqramından çıxandan sonra, sanksiyaları bərpa etdi. Bu İranın digər ölkələrlə ticarət əlaqələrinə təsirsiz ötüşmədi və iki döbvlət arasında münasibətlər daha da pisləşdi. Bu İrana qarşı "iqtisadi terror" idi.

Rüstəm Hacıyev