adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Noyabr 2020 17:38
24811
SAĞLAMLIQ
A- A+

Polis evi icazəsiz tərk edən koronavirus xəstələrinə görə səfərbər oldu - VİDEO

Son günlər yaşayış yerini tərk edən koronavirus xəstələri barədə məlumatların yayılmasını nəzərə alaraq, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər aparıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, COVID-19 testlərinin pozitiv nəticəsinə görə Xızı rayon sakinləri olan Azər Cabbarova və Reyhan Allahverdiyevaya ev şəraitində müalicə təyin edilib. 

Bu gün Xızı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi geyim formasında hər iki rayon sakininin yaşadıqları ünvana gedərək, onlarla profilaktiki söhbətlər aparıblar və müalicə müddəti ərzində yaşadıqları yerləri tərk etməmələri barədə məlumat veriblər.