adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Noyabr 2020 22:24
26415
İDMAN
A- A+

Ronaldo bu göstəricidə təkcə Messidən geri qalır

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün Çempionlar Liqasında "Ferensvaroş"la oyun (2:1) əlamətdar olub.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən görüşdə bir dəfə fərqlənən portuqaliyalı hücumçu bu turnirdə qol vurduğu fərqli klubların sayını 34-ə yüksəldib. O, bu göstəricidə təkcə "Barselona"nın futbolçusu Lionel Messidən (36 klub) geridə qalır.

Qeyd edək ki, Ronaldo bu mövsüm ÇL-də cəmi 2 oyun keçirib. Bu qol onun turnirdə 2020/2021 mövsümündə vurduğu ilk qoldur.