adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
25 Noyabr 2020 23:20
28689
İDMAN
A- A+

İlin ən yaxşı məşqçisi kim olacaq? - Namizədlər

FİFA 2020-ci ilin ən yaxşı məşqçisi adına namizədlərin adını açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki,  namizədlər sırasında  Marselo Byelsa ("Lids Yunayted"), Hans-Diter Flik ("Bavariya"), Yurgen Klopp ("Liverpul"), Xulen Lopeteqi ("Sevilya") və Zinəddin Zidan ("Real") yer alıb.

Ötən mövsüm Byelsa 16 il sonra ilk dəfə  "Lids"i Premyer Liqaya qaytarıb. Flik "Bavariya" ilə Çempionlar Liqasını, Bundesliqanı, Almaniya kubokunu qazanıb. Klopp 30 ildən sonra ilk dəfə "Liverpul"u İngiltərə çempionu edib. Lopeteqi "Sevilya" ilə Avropa Liqasını qazanıb. Zidan isə "Real"la  İspaniya çempionu olub.

Qeyd edək ki, qalibin açıqlanacağı tədbir dekabrın 17-də onlayn formada gerçəkləşəcək.