adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Noyabr 2020 22:41
26547
İDMAN
A- A+

Əfsanəvi futbolçunun cənazəsini yüzlərlə avtomobil və motosiklet karvanı müşayiət edib - VİDEO

Ötən gün 60 yaşında vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın cənazəsi vida mərasiminin keçiriləcəyi Buenos-Ayresdəki Kasa Rosada prezident sarayına gətirilib.

Sosial şəbəkələrdə D.Maradonanın nəşini daşıyan cənazənin yüzlərlə motosiklet və avtomobil karvanının müşayiət etdiyinə dair video yayılıb.

Xatırladaq ki, əfsanəvi futbolçu noyabrın 25-də ürəktutmasından vəfat edib.