adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Noyabr 2020 23:00
17683
DÜNYA
A- A+

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə ömürlük həbs cəzası verildi

Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirak edənlər ömürlük həbs cəzasına məhkum olunub.

“Haber Global” məlumat verir ki, prokurorların ittihamlarına görə birbaşa hərbi əməliyyatlarda iştirak edən bir çox keçmiş hərbi zabit ağırlaşdırılmış həbs cəzası alıb.

Ümumilikdə 475 nəfər ittihama cəlb olunub.

15 iyul 2016-cı il tarixində Türk Silahlı Qüvvələrinin bir qrup əsgər və zabiti çevriliş edərək Prezident Rəcəb Tayyib Ərdoğanı devirməyə cəhd ediblər.