adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Noyabr 2020 23:08
28774
İDMAN
A- A+

"Arsenal"ın futbolçusu avtomobil qəzasına düşdü

"Arsenal"ın futbolçusu Co Uillok avtomobil qəzasına düşüb.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə ötən şənbə (21 noyabr) baş verib. O, Mercedes-Benz G- Class markalı avtomobili ilə məşqə gedən zamanı yüksək sürət səbəbindən idarəetməni itirib. Avtomobilə ciddi ziyan dəysə də, 21 yaşlı oyunçu zədələnməyib. Ertəsi gün, o, "Lids"lə oyunda (0: 0) meydana daxil olub.

Qeyd edək ki, Co Uillok bu mövsüm "Arsenal"da bütün turnirlərdə 6 oyun keçirib.