adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Noyabr 2020 09:53
38052
MƏMLƏKƏT
A- A+

Milli Qəhrəmanın bacısı: “Dedim Ağdamda dəfn olunsun, ağlıma gəlmədi ki...”  - VİDEO

Bu xanımın adı Almazdır. Rəhmətlik Milli Qəhrəmanımız Allahverdi Bağırovun bacısıdır... Necə sevgi, necə yanğı ilə danışır. Hələ o şirin Qarabağ ləhcəsi... Necə xoş enerjisi var, ilahi.

İlk dəfə bu xanımı TV-də görəndə niyəsə Burla xatuna bənzətmişdim....

Bilmirəm yaşca hansı böyükdür, hansı balaca amma düşünürəm ki, bu cür bacının elə Allahverdi kimi qardaşı ola bilərdi ya da o cür qardaşın Almaz kimi baysı...

Bu gün 27 ildən sonra ilk dəfə əzizləri Qəhrəmanın Ağdamdakı qəbrini ziyarət ediblər. Ruhu şad olsun...

Belə insanlarımızı gördükcə nə boyda böyük, qeyrətli xalq olduğumuzu daha çox hiss edirik. Bu xalqın övladı olmaqla necə qürur duymamaq olar?!

Belə övladları olan Vətən heç vədə basılmaz!

Əzizə İsmayılova