adalet.az header logo
  • Bakı 20°C
27 Noyabr 2020 09:55
26449
SAĞLAMLIQ
A- A+

Koronavirus haqqında mütləq bilməlisiniz! - İlqar Mirzə yazır

Koronavirusa yoluxmağımın üstündən 1 ay keçir və hazırda tam sağlam hesab olunuram. Ağır bir sınaqdır, haqqında nə qədər yazılsa da yenə də bilməli olduğunuz çoxlu praktik məlumatlar var. Aşağıda MÜTLƏQ bilməli olduğunuz, tibbi cəhətdən əsaslı 24 nüansı qeyd edirəm:

1. Hazırda yer-göy koronavirusdu. İnana bilməyəcəyiniz qədər yayılıb. Həftə ərzində daimi işə get-gəl edən, kimləsə görüşən, harasa gedən şəxslərlər mütləq ki, virusla kontaktda olurlar. Özünüzü maksimum qorumağa çalışın - xəstələnsəniz ola bilər ki, heç anlamayasınız haradan və ya kimdən tutmusunuz.

2. TƏBİB-in statistikası həqiqəti əks etdirmir, elan olunan rəqəm sadəcə aşkarlanma sayının 2 gün gecikmiş statistikasıdır - həqiqi yoluxma sayı ən az 3-5 dəfə çoxdur! Bir daha deyirəm, yer-göy virusdur!

3. Virus bədəninizlə kontaktda olduğu an dərhal xəstəlik yaratmır və ümumiyyətlə xəstəlik yaratmaya bilər. Bunun üçün siz ya çox yüksək virus dozası ilə kontaktda olmalısınız, ya da virus orqanizmdə (immunitetdə) bir boşluq tapmalıdır (soyuq, soyuqlama, yan xəstəlik və s.). bir boşluq tapmalıdır.

4. Covid-19 ayrıca xəstəlikdir! Onun qrip, zökəm və başqa oxşar şeylərlər heç bir əlaqəsi yoxdur!

5. Hər kəs covidi bir cür keçirir. Çox müxtəlif başlanğıc və gedişat simptomları var. Onun 2 mərhələsi var - 1. Yuxarı respirator hissə. 2. Ağciyər hissəsi. Çox yüngül keçirənlərdə adətən 2-ci mərhələ heç olmur və ya çox minimal olur.

6. Aşağıdakı hallarda DƏRHAL test verməlisiniz - 2 gün dalbadal qızdırma (hətta 37.4 olsanız belə), iy və ya dad itməsi, bəzən ilk başlanğıc günlərində əzələ ağrıları. Quru ösgürək varsa, 90% koronasız. Boğaz-burun, ishal, mədə ağrısı kimi əlamətlər hamıda olmaya bilər.

7. İy-dad haqqında - bəzən ikisindən biri, nadir hallarda isə ümumiyyətlə heç biri itməyə bilər - itməməsi ağırlaşma olmayacağına zəmanət vermir!

8. Quru ösgürək - bu əlaməti diaqnostika etmək asandır. Dərhal dərindən nəfəs alın və 1 saniyə saxlamağa cəhd edin - saxlaya bilmirsinizsə və ösgürək gəlirsə - təbrik edirəm - 90% ehtimalla koronanın 2-ci mərhələsinə, ağırlaşmalara doğru qədəm qoymusunuz.

9. Əgər tutmusunuzsa, panikaya ehtiyac yoxdur - Covid asanlıqla müalicəyə tabe olan xəstəlikdir! AMMA! Təcili və dərhal müalicəyə başlamaq lazımdır. Əsas məsələ onun ağırlaşmalarıdır - müalicə nə qədər gec başlasa, ağırlaşmalar o qədər çox olacaq!

10. Covid-i özbaşına müalicə etmək ağırlaşmalara səbəb ola bilər! Xüsusilə özbaşına sistem etmək olmaz!!! Həqiqətən anlamıram son zamanlar dəbə düşən bu sistembazlığı. Düzgün və savadlı müalicə lazımdır. İnternetdə yayılan sistem reseptlərini özbaşına etmək olmaz! Bəzən sistem əksinə, orqanizmə ziyan vura bilər.

11. Covid-dən vəfat edənlər əsasən xəstəliyi boş berən, ciddiyə almayan və özbaşına səhv müalicə edənlərdir.

12. Yüngül və orta ağırlıqda xəstəlik keçirənlər evdə müalicə alması daha yaxşıdır (əgər özünü düzgün izolasiya edə bilərlərsə), lakin bu qərarı verərkən həkimlə məsləhətləşin!

13. Covid modul xəstəxanalarının üstünlükləri - bəzi analizlər pulsuzdu (əgər orada varsa), gündəlik pulsuz yemək və evdən izolasiya. Həmçinin, daha böyük ağırlaşma olarsa, dərhal tibbi yardım yaxındadır. Yenə də öz müalicənizə özünüz diqqət etməlisiniz. Heç kim sizin nazınızla oynamayacaq orada.

14. Özünü düzgün izolasiya edərsənizsə və evdə hamı buna düzgün riayət edərsə, evdə heçkimə keçirməyə bilərsiniz! Bu mümkündür!

15. Təbib ölüb! Dövlətin müalicəsinə qətiyyən ümid olmayın (istər evdə, istər xəstəxanada)! Sahə həkimləri çox vaxt böyük maraq və həvəs göstərmirlər. Təbib-in onlar üçün verdiyi təlimatlar köhnəlir, onları vaxtı-vaxtında təlimatlandırmırlar, yeni biliklərlə təchiz etmirlər, ya da onların verdiyi daxili məlumatları həkimlər oxumurlar.

16. Evə müalicə olunanlar üçün Səhiyyə Nazirliyinin göndərdiyi dərmanlar müalicə üçün deyil - əsasən bərpaedici vitamin və minerallardır.

17. Səhiyyə Nazirliyinin 814 qaynar xəttinə zəng etməyə cəhd etməyin! Bu, sadəcə simvolikdir və orada oturanlar heçnə bilmirlər. Çox mənasız, tupoy, axmaq, səviyyəsiz, kütbeyincəsinə qurulmuş bir zəng mərkəzidir. Vaxtınız boşa gedəcək. Heç bir sualın cavabını bilmirlər - sadəcə poliklinikalara yönləndirirlər - birbaşa öz poliklinikanıza yığın. TƏBİB-in zəng mərkəzi isə az çox məlumatlıdır.

18. KT diaqnostikası haqqında - KT koronavirusa yoluxmanı təyin etmək üçün vasitə deyil! Çünki, koronavirus ağciyərə keçməyibsə (yuxarıda qeyd etdiyim 2-ci mərhələ, həmçinin ösgürək testi) KT nəticəsində sağlam görünəcəksiniz. Özbaşına KT etmək mənasızdır və hətta ziyanlıdır (plus mənasız boş xərcdir). KT mütləq həkim göstərişi əsasında olmalıdır!

19. Covid ilk günlərində ağırlaşmamaq üçün vacib etməli olduğunuz 2 şey - özünüzü soyuqdan qorumaq (çimməkdən ehtiyyat etmək, ilk günlərdə xüsusilə ehtiyyatlı olmaq), mümkün qədər çox maye qəbul etmək şərtdir.

20. Xəstəliyin ilk günlərində parasitamol əlinizin altında olsun. Müalicə başlayandan sonra isə Parasitamol yalnız qızdırma 38-i keçəndə qəbul edilməlidir.

21. Orta ağırlıq hiss edirsinizsə, düzgün müalicə almaq şərtdir! Əks halda ağırlaşma ola bilər. Əgər imkanınız yol verirsə, özünüzə ixtisaslaşmış və təcrübəli həkim cəlb edin. Bu zaman diaqnostika çox vacibdir (KT və müvafiq qan analizləri) - təəssüf ki, bu çox pul aparır, nəzərinizdə olsun.

22. Xəstəliyin sırf müalicə müddəti 7 gündür. Test verildiyi gündən etibarən 14 gün sonra pasientdə heç bir şikayət yoxdursa, Təbib həmin şəxsi avtomatik olaraq sağlam kimi qeyd edir. Belə adamların ətrafı yoluxdurmaq riski yoxdur. Sağalmanı dəqiqləşdirmək üçün təkrar yaxma testi verməyə qətiyyən ehtiyac yoxdur!!!

23. Koronavirus orta ağırlıqlı ağciyər zədələnməsi olarsa, onun tam bərpası 2 aya kimi çəkə bilər. Bu müddətdə özünüzü qorumalı olacaqsınız! Bu zaman siz daşıyıcı deyilsiniz.

24. Savadlı olun sadəcə, araşdırın, oxuyun, amma küyə getməyin.