adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Noyabr 2020 09:58
31274
DÜNYA
A- A+

FRANSA SİYASİ SAVAŞ AÇIR

Beynəlxaq hüquq - böyük dövlətlərin hegemonluğunu nümsyiş etdirmək üçün qəbul olunmuş nəzəriyyələr toplusudur İkiinci Dünya Müharıbəsindən sonra beynəlxaq güclərin təşəbbüsü ilə yaradılan Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurası, daha sonra yağışdan sonra çıxan göbələklər kimi çoxalan Avropa İttifaqı, Avropa Şurası, ATƏT və s. kimi beynəlxalq təşkilatlar, guya dünyanın qəbul edilmiş beynəlxaq qanunlarla, ədalətlə idarə olunmasına xidmət edəcəkmiş. Amma zaman göstərir ki, bu "qanunlar" hegemon dövlətlərin digər ölkələr üzərində üstünlüklərini nümayiş etdirmək üçün qəbul edilmiş nəzəriyyələr toplusudur.

Tarix göstərir ki, beynəlxalq hüquq, insan haqları kimi müqəddəs qanunlar yalnıız kiçik dövlətlərlə bağlı müzakirələrdə, qəbul edilmiş qətnamə və qərarlarda yada düşür, o da bu müqəddəs qanunlatrın kobud surətdə pozulması, məsələyə iikili standartlarla yanaşma halları ilə müşahidə olunur. Son zaman kəsiyində istər Əfqanıstanda, istər İraqda, Suriyada, Livanda, istər ABŞ-ın və onun Avropalı tərəfdaşlarının demokratiya pərdəsi altında başladığı "ərəb baharları", "rəngli inqilabları" və s. timsalında "demokratik dəyərlərin", insan haqlarının, beynəlxalq hüququn yalnız böyük dövlətlərin maraqları üstündə "qorunmasının", əslində isə kobud şəkildə pozulmasının şahidi oluruq. 30 ildə biz Beynəlxalq Təşkilatların Azərbaycan xalqının hüquqlarının dəfələrlə pozulmasına, beynəlxalq hüquqlarımızın pozulmasına göz yumduqlarının çox şahidi olmuşuq. Ən yaxşı halda ikili standartlarla başımızı qatmağa çalışıblar. Demək olar ki, bütün dünya dövlətlərinin qoşulduğu, Beynəlxalq qurumların, ilk növbədə ən mötəbər sayılan Birləşmiş Millətlər Təşkilatının və onun Təhlükəsizlik Şurasının beynəlxalq hüquq normalarının qorunmasınına bilavasitə nəzarət etməli olduqları altı əsas üzvüləri, bu qanunları ayaq altına atırlarsa, hətta bir çox üzv dövlətlərin mötəbər təşkilatın qəbul etdiyi qərar və qətnamələrini ümumiyyətlə saya salmırsa və ona qarşı hər hansı tədbirlər görmək iqtidarında deyilsə, bu adı "möhtəbər" təşkilatların mövcudluğunun hansı əhəmiyyəti qalır ki? İndidə BMT Təhlükəsizlik Şurasının altı əsas üzvülərindən biri - Fransa senatının qəbul etdiyi, əslində bizi qıcıqlandırmağa yönəlmiş, heç bir hüquqi yükü olmayan qətnaməsi. Fransa özüdə çox gözəl bilir ki, hətta hökumətləri bu tövsiyə xarakterli qətnaməni qəbul etsə belə, Azərbaycan ordusunun Qarabağda əldə etdiyi qələbə zəfərinə kölgə sala bilməyəcək və vəziyyəti dəyişməyəcək.

Ali Baş Komsndanımız İlham Əliyevin də qətiyyətlə vurğuladığı kimi, Heç bir qüvvə biziim qarşımıza çıxıb nəyi isə diqtə edə bilməyəcək. Bəs belə olan halda Fransanın məqsədi nədir? Əvvala 27 sentyabr müharibə başlayan gündən əslində bu münaqişənin həlli ilə bağlı yaradılımış ATƏT-in Minsk qrupunun həmsədr dölətlərindən biri kimi neytral mövqe tutmalı olan bir ölkənin birtərəfli qaydada, açıqcasına Ermənistanın tərəfində durmasının özü beynəlxalq hüququn və mandatını daşıdığı qurumunn qanunlarının kobudcasına pozması deməkdir. İndi bundan sonra Fransanın həmsədr kimi məsələnin siyasi nizamlanması prosesində hansı üzlə iştirakını davam etdirəcəyi maraqlıdır. Qarabağa Fransa qoşunu göndəməyi tələb edir. Yunsnıstanı müdafiə məqsədi ilə Türkiyəyə qarşı göndərdiyiniz hərbi donanmanızı iki-üç türk hərbi kateri Aralıq dənizindən bir neçə saat ərzində iti qovan kimi qovub çıxardı.

Yəqin ki, yadlarından çıxmayıb. Deməli, bunun da baş tutmayacağını anlayırlar. Bəs onda yallandıqları erməni diasporuna yarınmaq üçün daha nəyə nail olmaq istəyirlər? Hə, uzun illər sözdə "erməni soyarımının" tanınması üçün çalışdıqları oyunu təkrar oynamaq istəyirlər. Güya bir çox öllkələrdə bunu "tanıtmaqla" etmənilərə "it xidməti" göstərməkdən başqa nəyə nail ola bildilər ki? Əksinə Avropa İttifaqına can atan Türkiyənin bir daha yadına saldılar ki, "Türkün- Türkdən başqa dostu yoxdur". Yəqin ki, Qarabağ cəbhəsində idtədiklərinin qarşısı Əliyev-Ərdoğan-Putin üçlüyü tərəfindən alındığı üçün, indidə beynəlxalq aləmdə siyasi savaş açmaq niyyəti güdürlər. Olsun.

Azərbaycan, Prezidenti İlham Əliyevlə 30 ildə siyasi savaşlardan həmişə üzü ağ çıxıb. Müzəffər Ordusu ilə silahlı savaşda zəfər çaldı. Cənab Prezidentimizində dediyi kimi, artıq bundan sonra bizim üçün istər siyasi cəbhədə, istərsə də hərb meydanında mübarizə aparmaq problem deyil.

Rüstəm HACIYEV