adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Noyabr 2020 10:53
15542
MƏMLƏKƏT
A- A+

İsmayıllıda karantin rejimini pozan avtomobil ustaları cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri-Hikmət Salihov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.