adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Noyabr 2020 11:43
17387
DÜNYA
A- A+

ABŞ AZƏRBAYCANIN QƏLƏBƏSİNİ ŞƏHR EDİR

" Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə gələcəkdə baş verə biləcək münaqişələrin necə olacağını nümayiş etdirdi." "Breaking Defense" Amerikan Strateji Milli Müdafiə Araşdırmalar Mərkəzinin rəhbəri, istefada olan genetal-leytenant Tomas Şperin Azərbaycanın qələbəsinin səbəbləri barədə yazır. General məqalədə bildirir ki, "Azərbaycanın bu müharibədə yüksək texnoloji silahların operativ dəqiqlikçlə zərbə endirən sistemlərlə uzlaşdırmağı bacarması qələbənin təmin olunmasının əsas səbələrində biridi.

Pilotsuz uçuş aparatlarından effektli istifadə etməklə düşmənin onlarla zirehli texnikasının sıradan çıxarılması, müasir müharibədə sürətli qələbəni təmin etdi". Şperin fikirincə bu yaxınlarda Convergence layihəsi çərçivəsində sınaqdan keçirdiyi uğurlu sınaqlar, amerikan hərbiçilərinin fikirlərini çaşdırmasın. "Tarix göstərir ki, bu cür eksprementlər üçün sınaqlara sərf edilən vəsait, ona ayrılan vaxt səmərəsini verməyə bilər". Həqiqətən də, torpaqlarımızın sülh yolu ilə azad olunması üçün 30 ilə yaxın çalışan Azərbaycan Respublikasının rəhbərliyi, sonda erməni həyasızlığının sonu olmayacağını qət edərək, güc tədbiq etmək məcburiyyətində qaldı.

Ali Baş Komandanımızın təhbərliyi ilə işğaldan azad etmə əməliyyatlarına başlayan Hərbi Qüvvələrimiz, xarici hərbi ekspertlərində vurğuladığı kimi, yüksək texnoloji hazırlıqla dümənin işğal boyu, uzun illərdən bəri qurduğu müdafiə sistemllərini sürətlə yararaq 44 gün ərzində Ermənistan ordusunu məhv etdi və faktiki olaraq kapitulyasiya aktına imza atmağa məcbur edərək zəfərlə qəbələbə çaldı.

Rüstəm Hacıyev