adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Noyabr 2020 22:00
27803
İDMAN
A- A+

İker Kasilyas infarkt keçirərəkən yaşadığı hisslərdən danışıb

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas infarkt zamanı keçirdiyi hisslər barədə danışıb.

39 yaşlı ispaniyalının açıqlamasını “Mirror” agentliyi dərc edib.

İ. Kasilyas əvvəl hava çatışmazlığı hiss etdiyini, lakin bunun ümumi bir allergiya ola biləcəyini düşündüyünü qeyd edib.

Qapıçılarla işləyən məşqçiyə yaxınlaşarkən isə sinəsinin sıxılmağa başladığını hiss edib.

İ.Kasilyas infarkt anını hovuzdan çıxmağa çalışan lakin bunu heç cürə etmək gücündə olmayan adamın vəziyyəti ilə müqayisə edib.

“Siz hava udmağa çalışdığınız zaman, onun fərqli dad verdiyini hiss edirsiz”, - deyə İ.Kasilyas yaşadığı hissləri anlatmağa çalışarkən söyləyib.

Xatırladaq ki, qapıçı 2019-cu ilin may ayında “Portu”nun heyətində çıxış edərkən infarkt keçirmişdi.