adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2020 23:08
21095
SAĞLAMLIQ
A- A+

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 564 mindən çox artıb.

"TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 564 813 nəfər yeni koronavirusa yoluxub, 8 985 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 61 869 330, ölənlərin isə 1 448 896 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.