adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Noyabr 2020 15:29
71076
HADİSƏ
A- A+

Erməni təcavüzü nəticəsində 98 dinc sakin həlak olub - Prokurorluq

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, onlardan 93 nəfər ermənilərin atdığı raket nəticəsində, 5 nəfər isə mina partlayışından dünyasını dəyişib.

Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 410, mina partlayışı nəticəsində isə 4 nəfər xəsarət alıb.