adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2020 19:45
24453
İDMAN
A- A+

Millimizin qapıçısı koronavirusa yoluxdu

Azərbaycan milli komandasının və “Sumqayıt”ın oyunçusu Mehdi Cənnətovun Premyer Liqanın XI turunda “Qəbələ” ilə oyunun iştirak ərizəsinə salınmamasının səbəbi bilinib.

“Report”un əldə etdiyi məlumata görə, 28 yaşlı qapıçıda koronavirus aşkarlanıb. Test nəticəsi müsbət çıxan təcrübəli qolkiper karantinə alınıb.

M.Cənnətov yığmanın son toplanışında zədə səbəbindən iştirak etməyib.

Qeyd edək ki, daha əvvəl “Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxub.