adalet.az header logo
  • Bakı 11°C
30 Noyabr 2020 22:31
26405
İDMAN
A- A+

Maradonanın həkimi düzgün müalicə etməməkdə günahlandırılır

Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə əlaqədar istintaq başladılıb.

Qol.az “Ntvspor”a istinadən xəbər verir ki, 60 yaşında dünyasını dəyişən argentinalı ulduzun müalicəsində tibbi səhv olması ehtimalı var.

Bununla bağlı yerli polis onun həkimi Lukenin evində və şəxsi ofisində araşdırma aparıb. Həkimin 1 telefonu, 2 tableti və 1 notbuku götürülüb.

Bundan sonra Luke məsələ ilə bağlı açıqlama verib:

“Nəyə cavabdeh olduğumu bilirsinizmi? Ona baxmağa, sevməyə və ona kömək etməyə. Hər kəs “O adamdan uzaq dur, nəsə olsa, hamı bu işdən qurtulmağa çalışacaq” deyiləndə Maradonanın yanında olmağa. Mən onun yanında idim, çünki mənim dostum idi.

Mənim günqahlandırılmağıma gəldikdə isə bunlar araşdırıla biləcək şeylərdir. Bu, məni dəyişdirməz. Maradonanı sevirəm və kimsə ona pis davransa, bunu deyərdim. Amma pis heç nə görməmişəm. Hamımız onun üçün əlimizdən gələnin ən yaxşısını etdik”.

Maradonanın müainələrinin edilməsi üçün onun noyabrın 2-də xəstəxanaya yerləşdirildiyi andan öldüyü vaxtadək olan müddətdə səhlənkarlığa yol verilib-verilməməsi araşdırılır.

Qeyd edək ki, Maradona noyabrın 25-də dünyasını dəyişib.