adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Dekabr 2020 11:56
32078
ELM VƏ TƏHSİL
A- A+

AzTU-nun professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq kafedrasının professoru Zakir Məmmədov 82 yaşında vəfat edib.

Universitetdən Adalet.az-a verilən məlumata görə, Zakir Məmmədov 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Tökmə istehsalının maşınları və texnologiyası ixtisasını bitirib. 1963-1980-cı illərdə istehsalatda müxtəlif vəzifələrdə çalışıb.

Elmi-tədqiqat işlərinin tətbiqinə görə 1978-ci ildə “SSRİ ixtiraçısı” döş nişanına layiq görülüb.

Zakir Məmmədov 1980-cı ildən AzTU-nun Metallurgiya və metalşünaslıq kafedrasına dəvət olunub. O, 1997-ci ildə texnika elmləri doktoru elmi dərəcəsinə, 2004-cü ildə professor elmi adına layiq görülüb. Çoxsaylı dissertasiya işlərinə opponentlik edən Zakir Məmmədov 200-dək elmi və tədris-metodiki işin, o cümlədən 10-a yaxın dərslik, dərs vəsaiti, monoqrafiya və 5 patentin müəllifi olub. Metallurgiya sənayesinin inkişafı üçün ixtisaslı kadrların hazırlanmasına böyük töhfələr verib.