adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Dekabr 2020 10:18
20188
DÜNYA
A- A+

Venesuelada parlament seçkiləri

Maduro istefaya gedə bilər

Venesuela prezidenti Nikolac Maduro bəyan edib ki,  qarşıdan gələn parlament seçkilərində müxalifət qalib gələrsə, prezident postundan getməyə hazırdı. “ Əgər qalib gələriksə , işimizə davam edəcəyik. Müxalifət qalib gələrsə, mən daha prezident postunda  qala bilmərəm. Mənim gələcək taleyim Venesuela xalqının əlindədlr”- deyə Maduro dövlət televiziyası ilə çıxışında bildirib.

Venesuelanın birpalatalı parlamentinə - Milli assamşleyaya seçkilər dekabırın 6-sında keçiriləcək. Seçkilərdə ölkədə fəaliyyət göstərən 107 siyasi partiya və birliklərin iştirakı gözlənilir. Parlamentin keçmiş spikeri Xuan Quaydonun rəhbərlik etdiyi müxalifət bloku seçkilərdə iştirak etməməyi qərara alıb.

Xatırladırıq ki, 21 yanvar 2019-cu ildə,  Maduronun and içmə mərasimi   başa çatdıqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlamışdı. Həmin vaxt parlamentin spikeri olan Xuan Quaydo özünü müvəqqəti ölkə rəhbəri élan etdi. ABŞ başda olmaqla bir sıra Qərb ölkələri Quaydonu Venesuelanın yeni rəhbəri kimi tanısada, Rusiya , Türkiyə, Çin kimi dövlətlər isə legitim president kimi Maduronun tərəfini saxladılar.

 

Rüstəm Hacıyev