adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Dekabr 2020 20:08
27767
MƏDƏNİYYƏT
A- A+

“1992-ci ilin mart ayında Laçından çıxdıq” - Əməkdar artist Ehtiram Hüseynov

“39-40-a yaxın yaşım var. Həyatda çox sevincli günlərim olub, amma bu hissləri keçirdiyim olmayıb”.

Adalet.az xəbər verir ki, bu sözləri Laçının alınması ilə bağlı “Bizimləsən” proqramına dəvət olunan Əməkdar artist Ehtiram Hüseynov efirdə söyləyib:

“1992-ci ilin mart ayında Laçından çıxdıq. Xocalı hadisəsindən sonra idi. May ayının 18-də mən Laçında deyil, Bakıda idim. Balaca qardaşım və atamgil yalnız kənddə idi. Bakıda əmim, dayımgil yaşıyırdı, onların yanına gəldik”.

Aparıcı Zaur Baxşəliyevin “Atanız sağdırmı?” sualından sonra isə Əməkdar artist göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Əməkdar artistin səhhətində ötən ildən ciddi problem yaranıb. Xanəndə hazırda müalicə alır.