Mövlud Çavuşoğlu: Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir
Türkiyə hər zaman bölgədə sülh və sabitliyi dəstəkləyib. Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir vurğulayıb ki, Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəkləyir.
Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan 10 noyabr bəyanatını dəstəklədiyini diqqətə çatdıran M.Çavuşoğlu bildirib ki, bu bəyanat bölgədə sülh üçün atılan ən böyük addımdır. Nazir əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmaqla yanaşı regional əməkdaşlığı da dəstəkləyib.
Digər Xəbərlər
25 Aprel 2024 12:55
İlham Əliyev və Japarov Cümə məscidinin açılışında
25 Aprel 2024 12:47“Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik” - İlham Əliyev
25 Aprel 2024 10:26“Bakı-Moskva əməkdaşlığı həm də BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğun qiymətləndirilir”
25 Aprel 2024 09:10Prezident sülhməramlıların Qarabağı tərk etməsinin detallarını AÇIQLADI
25 Aprel 2024 09:00