adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Dekabr 2020 14:49
22169
DÜNYA
A- A+

BAKI BÖYÜK QƏLƏBƏ BAYRAMINA HAZIRLAŞIR

Laçın azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan işğal altında olan Laçın rayonunun azad olunması ilə bağlı xalqımızı təbrik etdi.

"Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu... Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özüdə bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik"-deyə Ali Baş Komandanımız çıxışında bildirib. Bəli məhz məcbur etdik. Müzəffər ordumuzun 44 gün ərzində Cəbrayıl, Fizuli, Qubadlı, Zəngjlan rayonlarını tam düşməndən azad etdi. Hadrut, Xocavənd, Ağdərə və Xocalı rayonunun bir hissəsidə Ali Baş Komandanınızın rəhbərlik etdiyi ordumuzun nəzarəti altına keçdi. Düşmənin ən çox hərbi qüvvələrinin müqavimət göstərmək istədiyi Şuşa qalasının xüsusi təyinatlılarımızın dünya müharibə tarixnin dərsliklərinə salınacaq, heç bir hərbi texniki vasitələrdən istifadə etmədən, demək olar ki, əliyalın, əlbə-ayağa döyşlərlə azad etməsi, Ermənistanı şoka saldı və artıq müqavimətin lüzumsuz olduğunu başa düşərək məğlubiyyətini etiraf etdi və kapitulyasıya aktına qol çəkdi.

Rusiya-Azərbaycan-Etmənistan rəhbərlərinin imzaladığı müqaviləyə əsasən, qrafikə uyğun olaraq, dekabrın 1-də sonuncu, işğal atında olan Laçın rayonu da ordumuzun nəzarəti altına keçdi. Cənab İlham Əliyev müqavilə bəyannaməsində Laçın dəhlizinin birici variantında 30 km, ikinci variantında 10 km. nəzdə tutulması ilə razılaşmayaraq, dəhlizin 5 km. olacağını razılaşdırıldı. 5 km. enində dəhliz sadəcə olaraq təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Əslində Rusiya sühməramlıları Laçın-Xankəndi magistral yolu ilə hərəkət edən avtomobi və yük maşınlarını müşayət edəcəklər. 5 km. enində dəhliz Şuşa rayon ərazisinə şamil edilməyəcək. Nəzərdə tutulan dəhlizin Müqavıləyə uyğun olaraq, Azərbaycan Respublikasının mənafeyi üçün vacib olan, Mehridən Naxçıvala 5 km-lık zolaqda quru yolunun açılmasıdı.

Möhtərəm Prezidentimizin bu siyasi gedişi əvvəlcədən düşünülmüş möhtəşəm addım kimi qiymətləndirilməlidi. Laçın dəhliz yalnız i Ermənistan və Xankəndində yaşayan ermənilər arasında əlaqə yaratmaq məqsədi daşıyacaq. Mehri dəhlizi isə təkcə Naxçıvanla deyil, həmçinin qardaş Türkiyə ilə quru yolun açılması deməkdir. Bu dəhlizin əhəmiyyəti ondadır ki, digər qonşu dövlətlər, Rusiya və İranda bu dəhlizdən yükdaşımalarda istifadə edə biləcəklər. Laçın rayonunun ordumuzun nəzarəti altına keçməsi, ərazi bütövlüyümüzün bərpa olunması deməkdi və ölkə rəhbərimiz tərəfindən aparılan böyük, uğurlu siyasətin qələbə çalmasıdır. Müharibədə ağır məğlubiyyətə uğramış Ermənistanda təslimçilik faciəsi yaşanır. Paytaxt Yerevanda it yiyəsin tanımır. Müxalif qüvvələr yaranmış durumdan istifadə edərək Paşinyan hakimiyyətini devirmək istəyir. Xalq arasında ciddi qarşıdurma halları müşahidə ounur.

Qarabağ klanına və ordan qaçıb Ermənistana sığınan vətəndaşlara qarşı ciddi etirazlar var. Ölkə demək olar ki, vətəndaş müharibəsi ərəfəsindədi. Azərbaycanda isə qələbə zəfəri sevincləri yaşanır. Azətbaycan xalqı ona bu sevinci yaşadan müzəffər ordumuza və Ali Baş Komandamıza minnətdarlığını bildirməkdədi. Vətəndaşlarıımız "Qarabağ Azərbaycandır" devizi ilə paytaxt Bakıda Qələbə Bayramına hazırlaşır.

Rüstəm HACIYEV