adalet.az header logo
  • Bakı 13°C
02 Dekabr 2020 21:00
32884
İQTİSADİYYAT
A- A+

Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb

Serbiya-Macarıstan sərhədində 50 kilometr uzunluğunda boru kəmərinin tikintisi başlayıb.

Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Həmin boru kəməri “Cənub Qaz Dəhlizi”nə, Azərbaycan və Mərkəzi Asiya qazına və Yunanıstanın mayeləşdirilmiş təbii qazına çıxış imkanı yaradacaq.

Nazir bildirib ki, enerji ehtiyatlarının tədarükü hər zaman Mərkəzi Avropa üçün problemli olub və region ölkələri enerji ehtiyatlarının şaxələndirilməsində mühüm irəliləyişə nail ola biliblər.