Qazaxıstan prezidenti Qarabağla bağlı razılaşmanı tarixi hadisə adlandırdı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə qəbul edilmiş Qarabağ razılaşmasını tarixi hadisə hesab edir.
“Vladimir Vladimiroviç Putinin Qarabağdakı hərbi əməliyyatları dayandırmaq məqsədilə vasitəçiliyi ən yüksək tərifə layiqdir. Rusiyanın ən fəal iştirakı ilə əldə olunan razılaşma, fikrimcə, mövcud kritik vəziyyətdə yeganə doğru qərardır”, - Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
Tokayevin sözlərinə görə, bu razılaşma bölgədə uzunmüddətli sülhün bərqərar olmasına kömək edəcək:
“Mənim fikrimcə, bu, həqiqətən, tarixi bir razılaşmadır”.
Digər Xəbərlər
25 Aprel 2024 14:42
Ermənistan Azərbaycandan qaz almaq istəyir: Alen Simonyan müzakirələrə hazır olduqlarını bildirdi
25 Aprel 2024 14:37"Makron Ukrayna ilə bağlı konkret qərarlar verə bilmir"
25 Aprel 2024 11:04"Paris dağılır"
25 Aprel 2024 10:20Türkiyədə İŞİD üzvləri saxlanıldı
25 Aprel 2024 09:36