adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Dekabr 2020 22:23
27211
İDMAN
A- A+

“Barselona”nın zədəli futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın “Barselona” klubunun futbolçusu Serji Roberto koronavirusa yoluxub.

Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, testinin nəticəsi pozitiv çıxan 28 yaşlı müdafiəçi karantinə alınıb və ümumi kollektivdən dərhal təcrid olunub. 21 noyabrda keçirilmiş La Liqanın X turunda “Atletiko” ilə matçda zədələnmiş (0:1) sağ cinah oyunçusunun, onsuz da bu səbəbdən təxminən iki ay komandasına kömək edə bilməyəcəyi açıqlanıb.