adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Dekabr 2020 16:17
25711
DÜNYA
A- A+

İrəvanda etirazçılar Paşinyan barəsində cinayət işi başlanmasını tələb edirlər

İrəvanda Ermənistan Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçirilib. Etiraz edən “Milli Gündəm” partiyasının nümayəndələri ölkənin Baş naziri Nikol Paşinyana xəyanətinə görə cinayət işi başlanmasını tələb ediblər.

“Sputnik Ermənistan” xəbər verir ki, partiya lideri Ara Hakobyan Qarabağ müharibəsi ilə bağlı “bir çox məsələnin” olduğunu deyib:

“Prokurorluq bütün suallara aydınlıq gətirməlidir”.

O qeyd edib ki, Paşinyan xalqı və ölkəni təmsil edə bilməyən məğlub baş nazirdir.

Xatırladaq ki, İrəvanda 10 noyabrdan bəri 17 müxalifət partiyası Paşinyanın Qarabağla bağlı üçtərəfli bəyanat imzalamasına cavab olaraq istefasını tələb edən mitinqlər keçirir.