adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Dekabr 2020 17:53
19545
GÜNDƏM
A- A+

Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Nazirliyin Mədəni İrsin Qorunması Dövlət Xidmətinin rəisi Zakir Sultanovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin artırlıması ilə bağlı məhkəmə prosesi keçirilib.

Adalet.az-ın məlumatına görə, Səbail rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb. Prosesdə istintaq orqanının təqdimatlarına baxılıb, R.Bayramov və Z.Sultanovun həbs mmüddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyindən keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs ediliblər.