adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Dekabr 2020 22:11
28185
İDMAN
A- A+

Ronaldodan yeni rekord və 750-ci qol

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna ÇL-in 5-ci turunda "Dinamo" ilə matçda (3:0) fərqlənərək nail olub. Bununla, portuqaliyalı hücumçu ÇL-in ev matçlarında vurduğu qolların sayını 71-ə çatdırıb və bu göstəricidə "Barselona"nın kapitanı Lionel Messini (70 qol ) geridə qoyub.

Qeyd edək ki, 35 yaşlı hücumçu eyni zamanda karyerasının 750-ci qolunu vurub.