adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Dekabr 2020 22:20
19718
DÜNYA
A- A+

NATO-dan Rusiyaya xəbərdarlıq: Ərazi bütövlüyü...

NATO Ukrayna və Gürcüstanla ortaqlığı yüksək qiymətləndirir və təhlükəsizlik, müdafiə islahatları sahəsində hər iki ölkəyə praktik dəstəyi artırmağa davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq bu gün keçirilən mətbuat konfransında söyləyib.

“Biz strateji əhəmiyyətə malik olan Qara dəniz bölgəsindəki təhlükəsizlik mövzusunda danışdıq. Rusiya Gürcüstan və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa davam edir. Bizim mesajımız kifayət qədər açıqdır, müttəfiq ölkələrimiz üçün əlimizdən gələn bütün dəstəyi verməyə hazırıq”, - Stoltenberq vurğulayıb.