adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Dekabr 2020 09:30
18089
SAĞLAMLIQ
A- A+

BMT Baş katibi: “Koronavirus peyvəndi tezliklə hazır olacaq”

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, koronavirsa qarşı peyvənd yaxın həftə və ya aylarda hazır olacaq.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu gün yanımızda olanlar da daxil olmaqla, dünyanın hər yerindəki alimlərin səylə çalışması və fədakarlığı sayəsində peyvəndlər yaxın həftələrdə və aylarda əldə edilə bilər”, - deyə A.Quterreş bildirib.

BMT baş katibi bununla belə bəşəriyyəti özünü aldatmamağa çağırıb. O qeyd edib ki, peyvənd illər, hətta onilliklərə yayılacaq zərəri neytrallaşdıra bilməyəcək, yoxsulluq, aclıq təhlükəsi artacaq.