adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Dekabr 2020 10:15
18188
SAĞLAMLIQ
A- A+

Rusiyada vaksinasiya üçün elektron qeydiyyat başlayır

Moskvada sabahdan etibarən vaksinasiya üçün elektron qeydiyyat başlayır.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, ilk olaraq həkimlər, müəllimlər və sosial işçilər qeydiyyatdan keçəcək.

Böyük peyvənd partiyaları gəldikcə, bu siyahının genişlənəcəyi vurğulanıb.

Vaksinasiya dekabrın 5-dən başlayacaq.