adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Dekabr 2020 10:55
15279
MƏMLƏKƏT
A- A+

Prezident şəhidlərimizlə bağlı paylaşım etdi FOTO

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızla bağlı paylaşım edib.

Adalet.az -ın məlumatına görə, Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində edilən paylaşımda “Şəhidlərimizi ehtiramla yad edirik!” deyə qeyd olunub.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.