adalet.az header logo
  • Bakı 12°C
04 Dekabr 2020 12:23
56129
MƏMLƏKƏT
A- A+

Əməkdaşımız təltif olundu

“Ədalət” qəzetinin müxbiri mükafatlandırılıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva 44 günlük Vətən Müharibəsi zamanı cəbhə xəttində  xüsusi fədakarlıq nümayiş etdirən jurnalist Əntiqə Rəşidə öz təşəkkürünü bildirib və ona VMF markasından saat göndərib.

Bununla yanaşı millət vəkili Qənirə Paşayeva qəzetin təsisçisi Aqil Abbasa və baş redaktorun müavini Əbülfət Mədətoğluya da 44 günlük müharibə zamanı informasiya müharibəsində Azərbaycanın haqq səsini ictimaiyyətə və dünyaya çatdırdıqları üçün təşəkkür edib və hər iki şəxsi də VMF markasından saat hədiyyə göndərib.

Rövşən Tahir