Niderlandın mətbuatında Qarabağ həqiqəti
İkinci Qarabağ müharibəsi başalanandan bəri istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşalrımızın hamısı (çoxluq) Azərbaycanın bu haqq savaşında əlindən gələni etməyə çalışdı. Kimisi müharibəyə yollandı, kimisi maddi yardım etdi, kimisi dualarını əskik etmədi və.s. Xaricdə yaşayan soydaşlarımızın da əksəriyyəti yaşadıqları ölkələrdə informasiya müharibəsinə əllərindən gəldiyi qədər fəaliyyət göstərdilər.
Bunlardan biri də Niderlandda fəaliyyət göstrən Ana Vətən Qadınlar Birliyinin sədri, Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri Mayisə Ağamirzəyeva Gundogdudur. Bugünlərdə Mayisə xanımın buradakı (Niderland) nüfuzlu qəzetlərin birində, “Trow” qəzetində ölkəmizlə bağlı yazısı, daha doğrusu Qarabağ məsələsinə qərəzli mövqe göstərmiş Anthonie Holslaga cavabı dərc olunub. Qeyd edim ki, Anthonie Holslag yazıçıdır, buradakı müxtəlif qəzetlərdə yazılarla çıxışlar edir. Mayisə xanım öz ona cavab yazısında Qarabağ münaqişəsinin yaranma tarixinə toxunaraq ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyinə diqqət çəkib. Müəllif həmçinin yüz minlərlə soydaşımızın öz torpaqlarından didərgin düşdüyünü də qeyd edib. Anthonie Holslagın öz yazısında Qarabağ müharibəsinin arxasında erməniləri soyqrıma məruz qoyma planının olması iddiasına tutarlı əsaslarla cavab verən Mayisə Ağamirzəyeva bu iddianın tamamilə əsassız olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini vurğulayıb. Kəlbəcər və işğal edilmiş altı rayona diqqət çəkən müəllif bu ərazilərin ümumiyyətlə Dağlıq Qarabağa aidiyyatı olmamasına xüsusi diqqət cəlb etməyə çalışıb.
Mənbə: https://www.trouw.nl/opinie/genocide-in-nagorno-karabach-die-suggestie-wekken-is-zeer-kwalijk~bd40119c/?fbclid=IwAR2DJ44SVRN0V2qbiiyRrq5l2MYtDcJ4HCmUovFou6KWjiQSjFT5s3LITBo&utm_campaign=shared_earned&utm_medium=social&utm_source=copylink