adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: AĞDAM-ŞUŞA  YOLU  NƏ  VAXT  AÇILACAQ?

AQİL ABBAS
62732 | 2020-12-15 17:35

Cənab  Prezidentin  sərəncamı ilə  Füzulidən Şuşaya 101 kilometr  uzunluğunda yol inşa edilir.  «Azəravtoyol» bütün gücünü  bu  yolun  tikintisinə sərf  edir ki, çəkilişi tezliklə başa  çatdıra  bilsinlər.  Və yəqin ki, bu  yolun  açılmasına  çox qalmayıb. 

Gorusdan  Əsgərana təxminən 90-100  kilometrdi. Sülhməramlılar ermənilərin İrəvandan Xankəndinə, Əsgərana, Ağdərəyə, Martuniyə oynaya-oynaya  gəlib-getmələri  üçün  təhlükəsizliyi  təmin ediblər və artıq  ermənilər İrəvandan Əsgərana olan  yolu  su  yoluna döndəriblər.  Etirazımız yoxdu.

Amma Ağdamdan Şuşaya 37 kilometr, Laçına  isə 73 kilometrdi. Özü də  rahat yoldu. 

Və yaxud Tərtərdən Kəlbəcərə Ağdərə  yolu ilə təxminən  80 kilometrdi, özü də  rahat yoldu. 

Biz niyə Kəlbəcərə Toğanadan  keçməklə Murovun o çətin və ağır yolları  ilə gedib-gəlməliyik? 

Niyə sülhməramlılar ermənilərin təhlükəsizliyinə  təminat verdikləri kimi, bizim də  öz torpağımızda sərbəst  hərəkət etməyimiz üçün  təminat  vermirlər? 

Çətin  sualdı, amma cavabı və həlli o qədər də  çətin deyil. 
 

TƏQVİM / ARXİV